Azərbaycanda ilk dəfə koronavirusdan sağalmış xəstə ilə psixoloji konsultasiyanı əks etdirən sosial çarx hazırlanıb.
525.az xəbər verir ki, çarxda keçmiş COVİD-19 xəstəsi xəstəlik zamanı və karantində olduğu dövrdə yaşadığı məhrumiyyətlərindən, hiss və təşvişindən bəhs etməklə yanaşı hal-hazırda onu narahat edən problemləri də vurğulayıb. Psixoloqla seans ərzində bu təhlükələri aradan qaldırmağın yolları tapılır. Keçmiş COVİD-19 xəstəsi həm də koronavirus pandemiyasının psixoloji fəsadlarından qorunmaq üçün vətəndaşlara tövsiyələr verir.
Sosial çarx "Vətəndaşların postpandemiya dövrünə adaptasiya olunması üçün psixoloji yardımların təşkili" layihəsinin tərkib hissəsidir. Layihə çərçivəsində çarxın hazırlanması ilə yanaşı 150-dən çox vətəndaşla onlayn formada fərdi psixoloji konsultasiyalar keçirilib.