|
|
|
|
Milli Kitabxanada “12 Dekabr ümummilli lider Heydər Əliyevin anım günüdür” adlı virtual sərgi açılıb.
525.az xəbər verir ki, virtual sərgidə Ulu Öndər haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən kitablar, məqalələr, fotolar nümayiş olunur.
Sərgidə təqdim olunan materiallar tammətnləri ilə verilib.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Umummilli_lider_Heyder_Eliyev/index.htm linkindən istifadə edə bilərlər.