|
|
|
|
İRS – Gənclərinin maarifləndirmə və təbliğat mərkəzi" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Vikipediyada Azərbaycan milli musiqisinin təbliği” qrant layihəsinin bağlanış mərasimi keçirilib.
525.az xəbər verir ki, layihə rəhbəri Saleh Bağırov çıxışında iştirakçılara görülmüş işlərdən və layihənin nəticələrindən söz açıb.
Layihə çərçivəsində Vikipediyada Azərbaycan bölməsi üzrə mövcud vəziyyətin öyrənilməsi və dəyərləndirilməsi məqsədilə işçi qrup və könüllülər tərəfindən monitorinq aparılmış, vəziyyət təhlil edilərək çatışmazlıqlar aradan qaldırılmışdır. Qeyd olundu ki, 60-a yaxın Azərbaycan musiqi mədəniyyətinin qədim nümunələri təhlil edilərək elektronlaşdırılmış və sözügedən platformaya yüklənmişdir. Bu da həmin məlumatlardan gələcəkdə Azərbaycan musiqi mədəniyyətinə dair məqalələrdə geniş istifadə olunmasına şərait yaradacaqdır. Həmçinin, Vikipediyada ölkəmizə qarşı qərəzli, təhrif olunmuş informasiyalar müəyyən edilərək onlara istinad verilməklə düzəlişlər olunmuşdur.
Son olaraq qeyd olundu ki, Vikipediyada və Vikianbarda Azərbaycan musiqi mədəniyyəti ilə bağlı səs yazılarının daha da artırılması gələcək layihələrdə də nəzərə alınacaq.