|
|
|
|
Çin 2028-ci ilə qədər, yəni əvvəlcədən proqnozlaşdırıldığından beş il əvvəl dünyanın ən böyük iqtisadiyyatına sahib olaraq ABŞ-ı geridə buraxacaq.
525.az xəbər verir ki, İngiltərədə yerləşən İqtisadiyyat və Ticarət Tədqiqatları Mərkəzi (CEBR), Çinin COVİD-19-u "ustalıqla" idarə etməsinin yaxın illərdə ABŞ və Avropa ilə müqayisədə nisbi iqtisadi artımının yüksələcəyini və Çinin dünyada lider olacağını bildirib.
İqtisadi cəhətdən inkişaf etmiş digər ölkələrdən fərqli olaraq, Çin iqtisadiyyatında bu il pandemiyaya görə qapanmalar olmadığı və iqtisadiyyat kilidlənmədiyi üçün 2 faiz artım müşahidə olunub. Bu arada Hindistan 2030-cu ilə qədər üçüncü ən böyük iqtisadiyyata çevriləcək.
Qeyd edək ki, CEBR hər il 26 dekabr tarixində iqtisadi liqa masasını açıqlayır.
El Roman