İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə “20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” layihəsinin icrasına başlayıb.
525.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunmasından ibarətdir.
Layihə çərçivəsində 20 Yanvar şəhidlərinin ailə üzvlərinin və həmin hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin hüquqi maarifləndirilməsi məqsədilə materiallar hazırlanacaq, onlayn formatda təşviqat kampaniyası təşkil olunacaq.
Təbliğat kampaniyası çərçivəsində 6 reportaj və uşaqlar üçün 20 yanvar hadisələri ilə bağlı məlumatlandırma video-çarxı hazırlanacaq.