Edamının ABŞ-ın 45-ci prezidenti Donald Tramp tərəfindən təsdiqləndiyi son federal ölüm cəzası da icra edilib.
525.az xəbər verir ki, 48 yaşlı Dastin Hiqqs, Tramp dövründə edam edilən 13-cü məhbus olub. O, zəhərli iynə ilə Cümə günü İndiana ştatındakı "Terre Haute" həbsxanasında edam edilib.
Hiqqs 1996-cı ildə Merilend ştatında yerləşən vəhşi təbiət parkında 3 qadının qaçırılması və öldürülməsinin təşəbbüskarı kimi mühakimə edilib.
"Günahsız adam olduğumu söyləmək istəyirəm. Mən onların öldürülməsini əmr etməmişəm", - deyən Hiqqs, hadisədə həyatını itirən hər üç qadının adını çəkib.
El Roman