Bakı Dövlət Universitenin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin gənc müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər Mükafatına layiq görülürək, diplomla təltif edilib.
525.az xəbər verir ki, o, elm sahəsində qazandığı uğurlara görə 2 Fevral - Azərbaycan Gəncləri Günü çərçivəsində bu mükafata layiq görülüb.
Gənc alim deyib: “1997-ci ildə ümummilli liderimiz Heydər Əliyev fevralın 2-sini Azərbaycan Gəncləri Günü elan etdi. Ulu öndərdən yadigar qalan bu bayram həm də qəlbi qurub-yaratmaq eşqi ilə döyünən hər bir Azərbaycan gəncinin Vətən qarşısında hesabat günüdür.
Ulu öndərin gəncliyə, Azərbaycanın böyük gələcəyinə inamı bu cümlələrdə öz ifadəsini tapmışdır:
“Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Vidalaşdığımız 2020-ci il Azərbaycan xalqı üçün uğurlu qalibiliyyət ili, haqqın ədalətin zəfər aldığı il oldu.
Biz əldə etdiyimiz bu uğurlarımıza görə möhtərəm Prezidentimiz İlham Əliyevə borcluyuq.
Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazıldı. Bu böyük Qələbə cənab prezident İlham Əliyevin yorulmaz əməyinin, ardıcıl surətdə yürütdüyü müdrik siyasətinin nəticəsidir.
Mən bir gənc kimi, çox xoşbəxtəm ki, cənab prezident İlham Əliyevin Sayəsində Azərbaycan tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etmiş oldum.
Prezident İlham Əliyevin siyasi kursunuzun tədqiqatına həsr olunmuş “Azərbaycan Respublikasının milli inkişaf sistemi: İlham Əliyevin siyasi strategiyası kontekstində” dissertasiya işini tədqiqatçısı və “İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” kitabının müəllifi olmağımla qürur duyuram.
Gənclərə demək istəyirəm ki, səylə çalışmaq, digər işlərə az zaman ayırıb, məqsədə çatmaq üçün gərgin işləmək lazımdır. Şair «Bu günü olmayanın nə dünəni olub, nə sabahı olacaq» deyib.
Dünəni yaşatmaq bu günün salnaməsini yazacaq istedadlı gəncliyin şərəfli borcudur”.