https://525.az/img/pics/medium/2021-04/189555_41qngw0dv8.jpg 5 ilin hesabatı - Təhsil
https://525.az/img/pics/medium/2021-04/189530_4nywxgd1ys.jpeg Ağdamın Saybalı kəndi - VİDEO
https://525.az/img/pics/medium/2021-04/189523_pvl87ris7g.jpeg Qubadlının Tarovlu kəndi - VİDEO
https://525.az/img/pics/medium/2021-04/189486_fxnjfkbrt2.jpeg Tibb Universitetinin müəllimi koronavirusdan vəfat edib
search
18 Aprel 2021
17 Aprel 2021

"Qarabağ" darmadağınla yenidən zirvəyə yüksəldi

"Qarabağ" darmadağınla yenidən zirvəyə yüksəldi<b style="color:red"></b>

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.

525.az-ın məlumatına görə, bu gün ilk iki oyun keçirilib.

Açılış matçında  autsayderlər zonasında qərarlaşan iki komanda üz-üzə gəlib. Paytaxt təmsilçiləri “Səbail”lə “Keşlə” birincilərin meydanında qarşılaşıb. Turnir cədvəlində qonşu olan komandaların görüşündə qollar ikinci hissədə vurulub. “Keşlə” fasilədən dərhal sonra hesabı açmasına baxmayaraq, “Səbail” məğlubiyyətdən qurtulmağı bacarıb. Nəticədə komandalar xalları yarı bölüblər.

Son vaxtlar qeyri-stabil çıxışla yadda qalan “Qarabağ” yüksəlişdə olan “Qəbələ”ni sınağa çəkib. “Qırmızı-qaralar”ın rəqibə müqavimət göstərməsi gözlənilsə də, bu baş verməyib. Qurban Qurbanovun kollektivi görüşün taleyini ilk hissədəcə həll edib. Sabiq “Qəbələ”li Filip Ozobiçin dublu və çempionatın bombardiri Mahir Emrelinin qolu sayəsində rəqibini darmadağın edən “Qarabağ” ən azı bir günlük də olsa zirvəyə yüksəlib.

Qeyd edək ki, turun “Sumqayıt” – “Zirə” (16:00) və “Neftçi” – “Sabah” (18:15) oyunları sabah keçiriləcək.

Premyer Liqa
XVIII tur
2 mart (çərşənbə axşamı)

16:00. “Səbail” – “Keşlə” - 1:1

Qollar: Peyman Keşavarzi, 75 - Tural Axundov, 54
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rəhim Həsənov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 55. Adil Nağıyev, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsahib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 19. Luka İmnadze, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 44. Şamil Cəfərov
Baş məşqçi: Aftandil Hacıyev
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 32. Elvin Yunuszadə, 21. Miyusko Boyoviç, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 78. Şirin Şirinov
Baş məşqçi: Sənan Qurbanov

“ASCO Arena”

18:15. “Qarabağ” – “Qəbələ” - 3:0

Qollar: Filip Ozobiç, 22, 34 (pen.), Mahir Emreli, 38                                                                        Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Eyyub İbrahimov, Rövşən Rəcəbov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 30. Abbas Hüseynov, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 9. Xayme Romero, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Qəbələ”: 1. Anar Nəzirov (k), 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 99. Ceyms Adeniyi, 77. Merab Qiqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 5. Rasim Ramaldanov, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı
Baş məşqçi: Elmar Baxşıyev

“Azersun Arena”

Bombardirlər: Mahir Emreli ("Qarabağ") - 12 qol, Namiq Ələsgərov ("Neftçi") - 10, Filip Ozobiç ("Qarabağ") - 9.

Bölmənin digər xəbərləri
© 2012-2021 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.