|
|
|
|
Bu ayın sonunda Türk Şurası ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada qazaxıstanlı həmkarı Muxtar Tiluaberdi ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
"Martın 31-də Qazaxıstanın Astana şəhərində Türk Şurası ölkələri liderlərinin qeyri-rəsmi görüşü baş tutacaq. Bu ilin sonunda isə Türkiyədə Türk Şurasının rəsmi zirvə görüşükeçiriləcək.Bu zirvə görüşündə təşkilatın 2040-cı ilədək olan baxış sənədi təqdim olunacaq", - deyə Türkiyə XİN başçısı bildirib.