Bu gün Bakının mərkəzində, Heydər Əliyev prospekti kənar yolda (Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yaxınlığı - şəhər istiqaməti) yol qəzası baş verib.
Lent.az-ın NİİM-ə istinadən verdiyi məlumata görə, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sıxlıq yaranıb. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti - əsas yoldan istifadə etmələri tövsiyə olunur.
Yük avtomobilinin minik avtomobilinə çırpılması nəticəsində ölən və ya xəsarət alan olmayıb.