Hüseyn İbrahimov
Fəsəfə doktoru, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı
Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü
Milli Qurtuluş günü tarixi gündür. 2021 ci ilin 15 iyun tarixi isə bu silsilədən ölkəmiz üçün ən yeni tariximizin qızıl səhifəsidir. Məhz bu gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhurbaşkanı cənab Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi görüşü Milli Qurtuluşun Milli Qürurla qovuşduğu gündür.
Müasir Azərbaycan inkişafının yeni tarixi mərhələsindədir. Ölkəmizin pandemiya dövrü ugurlu sosial inkişaf prioritetləri və beynəlxalq münasibətlər strategiyası məqsədyönlü və düzgün istiqamətlərə səfərbər olunmuşdur. Bu sıradan Türkiyə Azərbaycan münasibətləri nəinki bir millət iki dövlətin , eləcə də regionun təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir. Daha geniş mənada bura beynəlxalq təhlükəsizlik amilləri də daxildir. Qonşü Rusiyanın regionda sülhməramlı rolunun formalşma prosesi isə, xüsusən cənab V. Putinin sülhə, yeni əməkdaşlığa çağırışlarının effektiv nəticəliliyi, bu dövlətin gələcək beynəlxalq sülhməramlı rolu effektiv yerinə yetirməsi istəyində adekvat hadisə ola bilər.
Hesab etmək olar ki pandemiya şəraiti kimi ağır bir dünya böhranı dövründə təhlükəsizlik təminatına dialoq axtarışlarının da bazisi məhz Şuşadan başlanır. Belə ideoloji konsepsiyanın nəzəri əsalarını Azərbaycan Respublikası Prezidentinin Multikultural siyasəti konsepsiyası təşkil edir.
Xalqımız dövlətçilik və milli birliyin qorunmasının, milli kimliyin təhlilinin yeni tarixi mərhələsinə qədəm qoyur. Ölkə başçısı Cənab İlham Əliyev həyata keçirdiyi xarici siyasət platformalarında, bütün tədbirlərin preambulasını məhz Qarabağın işğaldan azad edilməsi, işğalçıların ərazilərimizdən qovulması, məcburi köçkünlərin doğma torpaqlara qaytarılması və nəticədə regionda sülhün bərqərar edilməsi prinsipləri üzərində qurmuşdur. Bu gün həmin siyası kursun davamını təhlükəsiz, sosial-iqtisadi və mədəni-ekoloji baxımdan əhəmiyyətli inkişaf edəcək Qarabağa Böyük Qayıdış srategiyası təşkil edir. Məhz bu günkü hadisə-Şuşa görüşü, müasir Azərbaycanın yeni tarixinə Milli Qurtuluşun Milli Qürurla Qovuşduğu gün olaraq daxil olacaqdır. Bu gün Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində Ölkə başçımızın Türkiyə Cümhurbaşkanı ilə görüşü Mill Qurtuluşun Milli Qürur Qovuşduğu tarixi gün olaraq yaşayacaq. Bu baxımdan 15 iyun trixinin də məhz Milli Qurtuluş və Milli Qürur günü olaraq qeyd olunması zərurətdir. Müasir Dövlətçilik təməl prinsipləri Ulu Öndər Heydər Əliyev ideyaları ilə möhkəmlənən, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli maraqları qoruyaraq modernləşən ölkənin yeni tarixinin Zəfər salnaməsi isə hər zaman təhlil olunacaqdir. Bu baxımdan formalaşan yeni bazis modeli, yeni platforma, dünyanın və regionun gələcək təfərrüatlarında çox vacib yer alacaqdır.