Rusiyalı milyarder və “Stroylesbank”ın ortaq sahibi Oleq Burlakov 72 yaşında koronavirusdan ölüb.
525.az APA-ya istinadla bildirir ki, bu barədə “Forbes” jurnalı tanış milyarderə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, Burlakov iyunun 23-də son bir neçə ildir yaşadığı Monakoda vəfat edib. Ölümündən az əvvəl Moskvaya qayıdıbmış.
Bununla belə, ailə üzvləri bununla bağlı açıqlama verməyiblər.
Oleq Burlakov 2021-ci ilin məlumatına görə, Rusiyanın ən varlı adamlarının siyahısında 166-cı yerdəydi. Onun varidatı 650 milyon dollar qiymətləndiriir.