https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Ta­ri­xin fa­ciə­li və ib­rə­ta­miz əh­va­lat­la­rı - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Hər yaşın öz istəyi var... - Allahverdi Eminov yazır
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg İnancın təbiəti - Rə­van Cavid yazır
https://525.az/img/pics/medium/2024-06/317433_frjhxxmzl8.jpg XOŞBƏXT MƏZAR - Rafael Hüseynov yazır
search
20 İyun 2024

Daha bir boksçumuz Paris-2024-ə vəsiqə qazandı

Daha bir boksçumuz Paris-2024-ə vəsiqə qazandı

Azərbaycan boksçusu Alfonso Dominqes Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

525.az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, 92 kq çəkidə mübarizə aparan dünya çempionu Olimpiadaya vəsiqəni Tailandın paytaxtı Banqkokda 2-ci Dünya Olimpiya Təsnifat Turnirində rəsmiləşdirib.

O, 1/4 finalda Elkin Adilbek Uulu (Qırğızıstan) ilə qarşılaşıb. Dominqes rəqibini 5:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və bu qələbə boksçumuza Paris-2024-də iştirak hüququ verib.

Nəticədə milli komandamız Fransa paytaxtında 5 kişi boksçu ilə təmsil olunacaq. Dominqesdən öncə Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Paris Olimpiadasına vəsiqəyə yiyələnib.

Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 27-dən avqustun 10-dək davam edəcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.