
Putin bildirib ki, Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojyadan qoşunlarını çıxarsa və NATO-ya üzv olmaq istəyindən əl çəkərsə, danışıqlara başlaya bilərlər.
525.az xarici mediaya istinadən xəbər verir ki, Putin həftəsonu İsveçrədə keçiriləcək Ukrayna sammitindən əvvəl danışıb. Sülhün şərtlərini açıqlayıb. Putin: "Biz bu gün yenidən Ukraynaya əsl sülh təklifi veririk. Biz məsələni dondurmaq deyil, müvəqqəti atəşkəs yaratmağı və münaqişələrə son verməyi təklif edirik", - deyib.
O, Ukraynanın NATO-ya üzv olmaq məqsədlərindən əl çəkəcəyi və Ukrayna qoşunlarının Rusiyanın Ukraynada ilhaq etdiyi dörd bölgədən çıxacağı təqdirdə Rusiyanın atəşkəs elan edəcəyini və sülh danışıqlarına başlayacağını açıqlayıb.
Qeyd edək ki, Putin Rusiya Ukrayna qoşunlarının təhlükəsiz şəkildə çıxarılmasına zəmanət verməyə hazırdır deyib.
Putin həmçinin İsveçrədə keçiriləcək sammitə dəvət olunmamasından şikayətlənib.
Malik Atilay



