"Hizbullah" Hərəkatı Livanın cənubundan İsrailin sərhəddəki hərbi hədəflərə hücum edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, "Hizbullah" İsrailə qarşı hücumlarla bağlı açıqlama verib.
Açıqlamada Kəfr Şuba təpəsindəki Ramsa və əl-Smaki hərbi mövqelərinin idarə olunan raketlə vurulduğu bildirilib.
İsrail əsgərlərinin toplanma nöqtələri olan Hale Varde bölgəsi və Metula qəsəbəsinə də raketlərlə hücum edildiyi bildirilib.
Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusunun Deyr Mimas və Kfarkilla qəsəbələri arasındakı ərazini artilleriya atəşi ilə hədəfə aldığı bildirilib.
İsrail dövlət televiziyası KAN-ın xəbərində Livandan Avivim qəsəbəsinə 2 ədəd idarə olunan raketin atıldığı və can itkisinin olmadığı, ancaq bəzi bölgələrdə yanğının başladığı bildirilib.
Xəbərdə Metula yaşayış məntəqəsinə 5 idarə olunan raketin atıldığı və raketlərin boş ərazilərə düşdüyü qeyd olunub.
Malik Atilay