Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra Azərbaycanda səfərdədir.
APA xəbər verir ki, Aİ komissarı bu barədə "X" hesabında bildirib.
"Hökumət nümayəndələri və vətəndaş cəmiyyəti ilə COP29 prioritetlərini və iqlim ambisiyalarını müzakirə etmək üçün tam gün Bakıdayam. Biz BƏƏ-də əldə olunan konsensusun bütün qlobal enerji keçidi hədəflərini həyata keçirməli və bunu iddialı iqlim maliyyəsi vasitəsilə dəstəkləməliyik", - Aİ rəsmisi qeyd edib.