Avropa İttifaqı (Aİ) müharibədən qaçan ukraynalıların müvəqqəti müdafiəsini nəzərdə tutan Aİ-nin Müvəqqəti Mühafizə Direktivinin qüvvədə olma müddətini 2026-cı ilə qədər uzatmaq qərarına gəlib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Belçikanın İmmiqrasiya və Sığınacaq üzrə Dövlət Naziri, Aİ-nin müvəqqəti prezidenti Nikol de Moor Aİ Daxili İşlər Nazirləri Toplantısından sonra təşkil edilən birgə mətbuat konfransında açıqlama verib.
Daxili işlər nazirlərinin Aİ Komissiyasının 4 mart 2025-ci il tarixindən 2026-cı il martın 4-nə kimi müharibədən qaçan ukraynalılara verilən müvəqqəti mühafizənin uzadılması təklifini qəbul etdiklərini bildiriblər.
Moor bildirib ki, qəbul edilən qərarla nazirlər "Ukrayna ilə həmrəyliklərini davam etdirdiklərini göstərdilər".
Malik Atilay