|
|
|
|
Fransanın ifrat sağçı Milli Birlik partiyasının lideri Jordan Bardella Ukraynanın Rusiyadan müdafiə hüququnu dəstəklədiyini, lakin bu ölkəyə fransız qoşunlarının göndərilməsinin əleyhinə olduğunu bildirib.
525.az “Euronews”a istinadən xəbər verir ki, siyasətçi hərbiçilərin sahədə olmasını qırmızı xətt adlandırıb.
Bardella vurğulayıb ki, müdafiə ləvazimatları, silahlar və sursatlar verməklə Ukraynanın özünü müdafiə etmək hüququnu dəstəkləyir. Amma eyni zamanda qeyd edib ki, Kiyevi uzaqmənzilli raketlərlə təmin etməzdi.
“Mən Fransa prezidentindən fərqli olaraq, Ukraynaya qoşun və fransız əsgərlərinin göndərilməsinin əleyhinəyəm. Çünki inanıram ki, ilk növbədə fransızların əksəriyyəti bu qərarın əleyhinədir.
Ukraynanın özü, prezident Zelenski Fransa qoşunlarının bu ölkəyə göndərilməsinə çağırış etməyib. Düşünürəm ki, bu addım bütün dünyada sülh üçün dramatik nəticələrə səbəb ola bilər", - Bardella deyib.
Pərvanə Sultanova