Aprelin 5-də Bakı şəhərində yeni təhsil mərkəzinin açılışı keçirilib. Creative Education and Training Academy (CETA) adlanan mərkəz bu gündən (7 aprel) etibarən öz fəaliyyətinə başlayır.
Fəaliyyətində xarici dillərin tədrisinə üstünlük verən CETA-da hazırda İngilis dili Mərkəzi, Rus dili Mərkəzi və İELTS/TOEFL mərkəzi fəaliyyət göstərir. CETA-nın Təhsil Meneceri Ramal Bəylərovun verdiyi məlumata görə, CETA mərkəzləri öz sahəsində kifayət qədər tanınmış mütəxəssisləri bir araya gətirir.
Bundan əlavə, tanınmış təlimçi Tofiq Sadıxovun rəhbərliyi ilə CETA-da Təlim Mərkəzi də fəaliyyət göstərir. Təlim Mərkəzi xüsusən fərdi inkişafla bağlı təlimlərin təşkili ilə məşğul olur. Eyni zamanda CETA-nın Təlimlər və Marketinq Direktoru olan Tofiq Sadıxovun sözlərinə görə, CETA həm tədris, həm də təlimlərlə bağlı özünəməxsus proqramlara malikdir ki, bu proqramlar CETA-nın hər bir tələbəsinin karyera və təhsil məqsədlərinin gerçəkləşməsinə kömək edəcək.
Creative Education and Training Academy
Ünvan: Bakı şəh., Ə.Quliyev küç. 116, m. 6
Tel: +99412 597 89 45, +99455 223 77 46