|
|
|
|

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Tsinpin arasında videokonfrans formatında görüş keçirilib.
525.az-ın APA-ya istinadən verdiyi məlumata görə, görüş Rusiya ilə Çin arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında Müqavilənin imzalanmasının 20 illiyinə həsr olunub.
Dövlət başçıları bir-birilərini qarşılıqlı təbrik edərək iki ölkə arasında hazırkı vəziyyəti və strateji tərəfdaşlığın inkişaf perpektivlərini qiymətləndiriblər.
V. Putin və S. Tsinpin ikitərəfli və beynəlxalq gündəmdə duran aktual məsələləri də müzakirə ediblər.



