|
|
|
|
SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir.
525.az xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbukdakı səhifəsində bildirib.
"Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimalımız palçıq vulkanının püskürməsidir”, - deyə o bildirib.
* * *
Xəzər dənizində partlayış baş verib.
525.az qafqazinfo-ya istinadən xəbər verir ki, partlayışdan sonra dənizdə güclü yanğın başlayıb.
Hadisə ilə bağlı hələlik rəsmi məlumat yoxdur.