https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-05/314139_vjvfsga7mx.jpg “525-ci qəzet”in 18 may sayında nələr var? - ANONS
search
18 May 2024
17 May 2024

Məhəmməd Muradlı "Paracin 2021" beynəlxalq şahmat turnirinin qalibi olub

Məhəmməd Muradlı "Paracin 2021" beynəlxalq şahmat turnirinin qalibi olub

Serbiyanın Parasin şəhərində “Paracin 2021” beynəlxalq şahmat turniri keçirilib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən 525.az-a bildiriblər ki, ölkəmizi beynəlxalq turnirdə Eltac Səfərli, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Misrətdin İsgəndərov, Ülvi Sadıqov, Əhməd Əhmədzadə, Xəzər Babazadə, Read Səmədov, Gövhər Beydullayeva, Fərid Orucov və Ümid Aslanov təmsil ediblər.

Yarışda turnir cədvəlinin vahid lideri olan Məhəmməd Muradlı sonuncu turda İsrail şahmatçısı qrossmeyster Evgeni Postni ilə heç-heçə edib. Şahmatçımız 9 turun yekununa görə, 7,5 xalla turnirin qalibi olub. M.Muradlı, həmçinin qrossmeyster balını toplamağa nail olub.

Təmsilçilərimizdən Misrətdin İsgəndərov isə finalda Rusiya şahmatçısı Mixail Bryakin üzərində qələbə qazanaraq 7 xalla 2-4-cü yerlərdə qərarlaşıb. Əhməd Əhmədzadə 6,5 xalla 11-ci, Eltac Səfərli isə 6 xalla 20-ci yerin sahibi olub.

Digər təmsilçilərimiz Xəzər Babazadə, Aydın Süleymanlı və Read Səmədov 5,5 xal, Gövhər Beydullayeva və Fərid Orucov 4,5 xal, Ülvi Sadıqov 4 xal, Ümid Aslanov isə 3,5 xal toplayıb.

Turnirdə 35 ölkədən 18-i qrossmeyster olmaqla 200-ə yaxın şahmatçı iştirak edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.