https://525.az/img/pics/medium/2022-12/250866_fi045un0bu.jpg Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
https://525.az/img/pics/medium/2024-05/312635_715my5qmqe.jpg "Müşfiq yaşadıqca Dilbər də yaşayacaq"
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg Əlvida, ey dil?! - Rəvan Cavid yazır
https://525.az/img/pics/medium/2024-05/312666_ww9tupzfb0.jpg "Tikinti şirkətlərinin fəaliyyətinə dövlət nəzarəti ilə yanaşı, ictimai nəzarət də olmalıdır"
search
6 May 2024

Azərbaycan Tokio 2020-də dördüncü medalını təmin edib

Azərbaycan Tokio 2020-də dördüncü medalını təmin edib

Azərbaycan komandası Tokio-2020 Yay Olimpiya Oyunlarında 4-cü medalı təmin edib.

525.az-ınməlumatına görə, buna 65 kq çəki dərəcəsində yer alan sərbəst güləşçi Hacı Əliyev nail olub. 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda hindistanlı Bacranq Puniya üzərində 12:5 hesablı qələbə sayəsində finala yüksəlib.

Əliyev həlledici qarşılaşmada yaponiyalı Takuto Otoquroya qalib gəlsə, karyerasında ilk dəfə olimpiya çempionu olacaq. Məğlub olacağı təqdirdə isə o, gümüş medalla kifayətlənəcək. Final görüşü avqustun 7-də keçiriləcək.

Qeyd edək ki, Hacı Əliyev Rio-2016 Yay Olimpiya Oyunlarında 57 kq çəki dərəcəsində bürünc medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.