Xəzər dənizinin İrana aid olan sektorunda böyük həcmli qaz yataqları aşkarlanıb.
525.az xəbər verir ki, bu barədə Çalus yataqlarında qaz hasil edən İranın “Khazar Exploration and Production” şirkətinin baş icraçı direktoru Əli Osuli deyib. O nəzərə çatdırıb ki, hazırda yataqlardakı qazın miqdarı müəyyənləşdirilir. Onun fikrincə qazın hasil edilməsi üçün Rusiya və Çin texniki və maliyyə dəstəyi verəcəklər.
Aşkar edilən yataqdakı qazın miqdarı çox olduğu üçün İran Avropanın qaza olan ehtiyacının 20 faizini ödəyə bilər. “oilpraice.com” saytı yazır ki, gələcəkdə bu qazın Avropaya nəql edilməsi üçün Rusiya ilə razılaşma olacaq.
Sayt yazır ki, hazırda Avropada qaza böyük tələbat var. İran Çalus strukturundan hasil edilən qazı Rusiya vasitəsilə ixrac etmək istəyir ki, Avropaya təsir imkanlarını əlində saxlasın. Rusiya isə öz növbəsində “nüvə razılaşması” məsələsində İranı müdafiə etsin.