|
|
|
|
Fransisk Roma Papalığından getməyə hazırlaşır.
525.az xəbər verir ki, bu barədə İtaliyanın “Libero” nəşri yazıb.
Məlumata görə, buna səbəb Roma Papasının səhhətində yaranan problemlərdir.
İyul ayında Papa Fransisk ümumi anesteziya altında bağırsaq əməliyyatı olunub. Bundan başqa, 2020-ci ilin fevral ayının sonunda, pandemiya başlayan ərəfədə Roma Papası güclü soyuqdəymə keçirib.
Verilən məlumata görı, Fransiskin dekabrda papalıqla vidalaşmaq niyyətindədir.
Xatırladaq ki, dekabrda Roma Papası Fransiskin 85 yaşı tamam olacaq və XVI Benedikt də 85 yaşında Roma Papalığından getmişdi.
Qeyd edək ki, Papa Fransiskin 12-15 sentyabr tarixlərində Macarıstan və Slovakiyaya səfəri planlaşdırılıb.
Firuzə Əliyeva