|
|
|
|
Əhalinin 80 faizinin peyvənd olunduğu Belçikada virus yayılmağa davam etsə də, həyat normala dönüb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Belçikada yeni növ koronavirus səbəbilə xəstəxanaya yerləşdirilən xəstələrin sayı 495, gündəlik yoluxmaların sayı isə 1 825 nəfərə çatsa da, əhalinin 80,5 faizinin peyvənd olunması səbəbindən həyat normal gedişatında davam edir.
Həmçinin Milli İctimai Sağlamlıq İnstitutunun açıqladığı məlumatlara görə, avqust ayında yeni yoluxma sayının 9% artaraq 1825-ə çatdığı bildirilib. Belçikada, əhalinin 8.3 milyonu ən az 1 doza vaksin vurdurub. 7,6 milyon insan isə tam peyvənd olunub.
Açıq havada maska tələbinin qaldırıldığı ölkədə "normal" dövrdə ictimai həyatın yenidən canlandığı diqqət çəkib.
EL Roman