|
|
|
|
Təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 yaşı münasibətilə təbrik edib.
525.az xəbər verir ki, bu haqda nazir feysbuk hesabında paylaşım edib. Həmin paylaşımda deyilir:
“Bu gün respublikamızın ilk müəllim hazırlığı həyata keçirən ali təhsil ocağının – Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur. Prezident İlham Əliyev 21 aprel 2021-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Fəaliyyətə başladığı zamandan etibarən elmi-pedaqoji kadr hazırlanması işini uğurla həyata keçirmiş universitet hazırda da müasir tədqiqatlara əsaslanaraq və innovativ təlim-tədris texnologiyalarından istifadə edərək yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik Azərbaycan müəllimləri yetişdirir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyətini təbrik edir, onlara Azərbaycanda təhsilin inkişafı naminə görəcəyi bütün işlərdə uğurlar arzulayıram”.