https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-04/308903_sm7wnbl92x.jpg COP29 həm ekologiyaya, həm də sülhə böyük töhfə olacaq
search
19 May 2024
18 May 2024
17 May 2024

Yeniyetmə taekvondoçularımız 3 gümüş medal qazanıblar

Yeniyetmə taekvondoçularımız 3 gümüş medal qazanıblar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha 3 gümüş medal əlavə ediblər.

525.az xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgiz Kazımova (47 kiloqram) yarışda ikinci yeri tutublar.

Qeyd edək ki, bu gün kiçikyaşlı yeniyetmə idmançılarımızın çıxışları da uğurla nəticələnib. Belə ki, Çingiz Həsənov (36 kiloqram) qızıl, Sabir Məmmədli (27 kiloqram) gümüş medal qazanıblar.

Bundan əvvəl yeniyetmələrdən ibarət millimizin dörd üzvü - Məhəmməd Həsənli (37 kiloqram) qızıl, Hüseyn Xudiyev (65 kiloqram) gümüş, İlyas Hətəmli (33 kiloqram) və Zəhra İsayeva (29 kiloqram) isə bürünc medala layiq görülüblər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.