https://525.az/img/pics/medium/2024-05/314205_rcjfiiy0cq.jpg İrfan Murat - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-05/314203_j9e9afdlhf.jpg Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda COP29, regional və qlobal məsələləri müzakirə edib
https://525.az/img/pics/medium/2024-05/314200_z30dinqup6.jpg Ukraynanın Azərbaycandakı səfiri AYB-də olub
https://525.az/img/pics/medium/2024-04/308903_sm7wnbl92x.jpg COP29 həm ekologiyaya, həm də sülhə böyük töhfə olacaq
search
19 May 2024
18 May 2024

Azərbaycan paralimpiyada 6-cı qızıl medalını qazanıb

Azərbaycan paralimpiyada 6-cı qızıl medalını qazanıb

Azərbaycan paracüdoçusu Hüseyn Rəhimli Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

525.az-ın məlumatına görə, 81 kq-da çıxış edən idmançı finalda özbəkistanlı Davurxon Kəramətovu məğlub edib.

Bununla da Azərbaycanın paralimpiadada qazandığı qızıl medalların sayı 6-ya çatıb.

***

Azərbaycanın daha bir qadın paracüdoçusu Xanım Hüseynova Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

525.az-ın məlumatına görə, 63 kq-da yarışan idmançı ukraynalı İrina Qusyeva ilə qarşılaşıb.

Rəqibinə vazari xalı ilə qalib gələn Hüseynova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycanın paralimpiadada 5-ci qızıl, ümumilikdə isə 7-ci medalı olub. Daha əvvəl paracüdoçulardan Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (57 kq), həmçinin üzgüçü Roman Saley paralimpiya çempionu olub. Digər paracüdoçu Namiq Abaslı (66 kq) və pauerliftinqçi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib çıxıblar.

***

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb.

525.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib.

Rəqini vazari xalı ilə məğlub edən Vəliyeva paralimpiya çempionu olub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.