Türkiyənin Hatay şəhərində meşə yanğını baş verib.
525.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Antakya rayonunda olub. Habibi-Neccar dağı ətrafında meşəlik ərazidə yanğın yaranıb.
Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.