|
|
|
|
İndoneziyanın turizm şəhəri Balidə meymunlar ac qalıb. Buna səbəb bölgəyə koronavirusun yayılması səbəbindən daha az xarici turistin gəlməsidir.
525.az xəbər verir ki, turistlərin verdiyi banan və qoz-fındıqla qidalanan meymunlar indi ətraf kəndlərə yayılıblar. Uzun müddət aclıqdan və insanlardan uzaq qalan meymunlar yaşadıqları ərazidəki evləri qarət ediblər. Hadisələrdən sonra könüllülər və yerli əhali təxminən 600 meymunun yaşadığı Sangeh Meymun Meşəsində hərəkətə keçiblər. Meymunlar meyvə və qoz-fındıqla yemləniblər.
Qeyd edək ki, bölgədə yaşayan kəndlilər meymunların vəhşi və qəzəbli davranışlarından narahat olduqlarını söyləyirlər. Kəndlilər yerli əhalinin xüsusilə epidemiyadan əvvəl toy şəkilləri çəkdirmək üçün istifadə etdiyi meşədə meymunlarla heç bir problem yaşamadıqlarını söyləyirlər.
El Roman