DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 525.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarınının rayonun Məmməddərə kəndi ərazisində keçirdikləri tədbir zamanı erməni hərbi qüvvələrinə məxsus döyüş sursatı aşkar edilib.
Aşkar edilən 71 ədəd qəlpəli tank mərmisi və onlara aid 64 ədəd partladıcı aidiyyəti üzrə təhvil verilib.