|
|
|
|
İqlim dəyişikliyi heyvanların orqanizmlərinə pis təsir edir.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Amazon meşələri kimi insan əli dəyməmiş yerlərdə belə heyvanlar aləmi zərər görür. Bu meşələrdə 15 min quşu incələyən tədqiqatçılar, 1980-ci ildən bəri təxminən bütün quşların formalarının 2% kiçilidiyini və qanadlarının genişləndiyini bildirib.
Qeyd edək ki, 5 min kvadrat kilometrdən çox əraziyə sahib olan Amazon meşələrinin 60%-i Braziliya, 13%-i Peru, qalan hissələri isə Boliviya, Ekvador, Venezuela, Kolumbiya, Surinam, Fransa Qvianası və Qvianaya düşür.
Məhəmməd Tağıyev