https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Filip Ozobiç "Qarabağ"ın tarixinə düşüb

Filip Ozobiç "Qarabağ"ın tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu Filip Ozobiç “Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.

525.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin yubileyi "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XII tur oyununa təsadüf edib.

Ozobiç 2018-ci ilin yayından formasını geyindiyi “Qarabağ”da keçirdiyi 100 qarşılaşmada 31 qola imza atıb. O, Premyer Liqada 62 oyunda 27, avrokuboklarda 34 matçda 4 dəfə fərqlənib.

Yarımmüdafiəçi Azərbaycan kubokunda 4 görüşdə meydanda olub. Ozobiç “Qarabağ”ın tarixinə 100 və daha çox oyun keçirən 48-ci futbolçu kimi düşüb.

Qeyd edək ki, Filip Ozobiçin “Qarabağ”da debütü 2018-ci il iyulun 11-də “Olimpiya” ilə Sloveniyadakı matça (1:0) təsadüf edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.