Rusiya Kosmik Agentliyi Roskosmos, 2018-ci ildə Beynəlxalq Kosmik Stansiyasına (İSS) yaxınlaşan "Soyuz MS-09" gəmisində iki millimetrlik çuxur barədə araşdırma aparıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma zamanı BKS-nin ekipaj üzvü amerikalı astronavt Serena Aunon-Kansleri təqsirli bilinib.Roskosmos, kosmonavtın yolu daha az müddət ərzində qayıtması üçün bu dəliyi açdığını fikrini irəli sürüb. Rus qaynaqları Aunon-Kanslerin qanının laxtalanması səbəbilə psixoloji pozğunluq keçirdiyini və bir an əvvəl çıxıb evə qayıtmaq istədiyi üçün sözügedən dəliyi açdığını iddia edib.
Roskosmosun 45 yaşlı kosmonavta cinayət işi açacağı gözlənilir.
Sevil Gülməmmədova