https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Güləş üzrə Azərbaycan çempionatının açılışı olub

Güləş üzrə Azərbaycan çempionatının açılışı olub

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

525.az xəbər verir ki, Bakı İdman Sarayındakı tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov və Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev iştirak edib.

Açılışın əvvəlində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mariana Vasileva yarış iştiraçılarını salamlayıb: "Bilmirdim ki, mənim danışmağım lazımdır. Amma hamını təbrik edirəm. Çünki bu yarış çox vacibdir. Pandemiyaya görə bizim turnirlərin çoxu baş tutmayıb. Mən sizi təbrik edirəm və uğurlar arzulayıram. Çox sağ olun".

Namiq Əliyev iki il müəyyən problemlər ucbatından çempionatı keçirə bilmədiklərini söyləyib: "Artıq bu il yarışı təşkil edirik. Azərbaycan çempionatı bizim üçün çox önəmlidir. Ağır olimpiada ilini geridə qoyuruq. Bizim idmançılar olimpiadada 3 medal qazana biliblər. Ötən illərə baxanda bu, bizi qane etmir. Amma olimpiada medalı tam fərqlidir. Pandemiya bir az səngiyir və idman öz həyatına qayıdır. Azərbaycan birinciliyini keçirmək də onun bariz nümunəsidir. Yarışda bizi maraqlı mübarizə gözləyir. Növbəti Paris-2024 Yay Olimpiya Oyunlarına az qalıb. Çempionatın qalibləri bizi olimpiya təsnifat turnirlərində təmsil edəcəklər".

Fərid Mansurov da iştirakçıları salamlayıb və güləşçilərə uğurlar arzulayıb.

Daha sonra Azərbaycan çempionatı açıq elan olunub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.