|
|
|
|
Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının növbəti layihəsi - həftənin kitab müzakirəsi 1 fevral 2022-ci ildə online- Zoom proqramı vasitəsilə keçirilib.
525.az xəbər verir ki, tədbirə kafedranın müəllim-professor heyəti, aspirantları, o cümlədən Qazaxıstan Xarici Dillər və Beynəlxalq MünasibətlərUniversitetindən olan aspirantları, keçmiş və indiki magistrantlar qoşulublar. Əsər həm mənəvi-estetik aspektdən, həm də ədəbiyyatşünaslıq baxımından müzakirə olunub.
İdeya və layihə rəhbəri – Azərbaycan Universitetinin doktorantı və Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Məlakə Elyasova-Rəcəbova əsər və müəllif haqqında məlumat verib. Əvvəllər ssenarist olan, Kembric Universitetinin ədəbiyyat bölümünü bitirən yazıçının ilk romanı psixoloji triller janrında yazılıb. Müəllif əsəri yazmadan öncə 3 il psixiatriya ilə bağlı təhsil alıb və klinikada praktika keçib. Psixoloji triller janrında olan əsər sirr, dram, hərəkət və paranoya elementlərini özündə birləşdirir. Janr psixoloji qorxu janrı ilə sıx bağlıdır və bəzən onunla üst-üstə düşür. Sonuncu ümumiyyətlə daha çox qorxu elementlərini, mövzularını, narahatedici və ya qorxulu ssenariləri əhatə edir. Psixoloji triller -triller və psixoloji janrlarını birləşdirən janrdır. Adətən triller və ya həyəcanverici şəraitdə psixoloji povestlərdən bəhs edən ədəbiyyat və ya filmləri təsvir etmək üçün istifadə olunur.
Moderator - Azərbaycan ədəbiyyatı kafedrasının professoru Rəhilə Qeybullayeva müzakirəni “Səssiz pasiyent” böyük bir dönüşlə bitir (plot twist). Hansı oxucu bu finalı gözləyirdi?”, “Arxetip və onun zamanla interpretasiyası”, “Motivin elementinin başqa mədəniyyət qatı ilə əvəzlənməsi”, “Psixoloji travma və onun ədəbiyyatda təsviri”, “Müəllif və əsər - hansı milli ədəbiyyatı təmsil edir?” kimi məsələlər əsasında qurub.
Maraqlananlar növbəti müzakirələrlə bağlı anonsları facebook-da “Həftənin əsəri: müzakirə və qeydlər”dəizləyə bilərlər.