Bakı metropoliteninin tunel və stansiyaların məcburi və təbii havalandırmasının effektivliyini artırmaq məqsədilə ventilyatorlarla yanaşı, dempferlərin tətbiq edildiyi stansiya və tunellərdə hava axınına nəzarətin artırılmasına və optimallaşdırılmasına başlanılıb.
"Bakı Metropoliteni" QSC-dən 525.az-a verilən məlumata görə, bu istiqamətdə avtomatik idarəetmə sistemləri ilə proqramlaşdırılan 9 dempfer quraşdırılıb.
Qeyd edək ki, son ili il ərzində metropolitendə daha 10 ventilyator quraşdırılıb. Yeni havalandırma avadanlığı 3 dəfəyədək güclüdür və onların iş prinsipləri, ilk növbədə, yanğın təhlükəsizliyinin ən optimal tələblərinə cavab verir.
2019-cu ilin yay ayları ilə müqayisəli təhlillərə əsasən, 2021-ci ilin analoji dövründə metropolitenin stansiya, tunel və qatarlarında 1-20C, yeniliklərin tətbiq edildiyi sahələrdə isə 3-40C-yə qədər dəyişikliklər hiss olunur.
Statistik göstəricilərə əsasən, 2021-ci ilin yayında qeydə alınan ən yüksək hərarət "Neftçilər" stansiyasında 280C olubsa, 2019-cu ildə eyni məkanda bu rəqəm 30,50C, 2018-ci ildə 32,20C təşkil edib.
"Qara Qarayev" stansiyasında isə 2019-cu ildə ən yüksək hərarət 30,60C, 2018-ci ildə 32,30C qeydə alınıb. Həmin dövrdə iyul ayı üzrə orta statistik hərarət 290C-dən yuxarı qeydə alınmışdısa, yeni ventilyatorlar və dempferlər tətbiq edildikdən sonra orta temperatur göstəricisi 260C təşkil edib.
Araşdırmalar 2022-2023-cü illər ərzində davamlı aparılaraq, optimallaşdırma istiqamətində tədbirlər görüləcək.