Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.
525.az-ın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Çavuşoğlu COVID-19-a yoluxması ilə əlaqədar ona şəfa diləklərini göndərdiyi üçün Azərbaycan XİN başçısına təşəkkürünü bildirib.
“Dualarını bizdən əsirgəməyən azərbaycanlı qardaşlarıma da bu vəsilə ilə salam və sevgilərimi çatdırıram”, - türkiyəli nazir vurğulayıb.
Qeyd edək ki, ötən gün Mövlud Çavuşoğlunun koronavirus testi pozitiv çıxıb, onun Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb.