https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya qoyub? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
search
3 May 2024

Fransada səfərdə olan Fərid Qayıbov "Qarabağ"a uğurlar arzulayıb

Fransada səfərdə olan Fərid Qayıbov "Qarabağ"a uğurlar arzulayıb

"Qarabağ"ın "Marsel"ə qarşı UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Fransada səfərdə olan gənclər və idman naziri Fərid Qayıbov paylaşım edib.

525.az-ın məlumatına görə, nazir şəxsi feysbuk hesabından matçın keçiriləcək "Velodrom" stadionunun videosunu yayımlayıb.

Qayıbov postda "Oyun günü: komandamıza uğurlar!" yazıb.

Pekin-2022 Qış Olimpiya Oyunlarında Azərbaycan fiqurlu konkisürəni Yekaterina Ryabovanın qısa proqramda çıxışını izlədikdən sonra nazir Fransaya yollanıb. O, ötən gün "köhlən atlar"ın baş meneceri Asif Əsgərovla birlikdə komandanın məşqində olub. Matçın təhlükəsizlik baxımından riskli olduğunu nəzərə alan nazir "Qarabağ"ın yanında olmağı və bu gün qarşılaşmanı stadiondan izləyəməyi vacib sayıb.

Qeyd edək ki "Marsel" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.