Avropa İttifaqı (Aİ) ukraynalı qaçqınlara yardım göstərilməsi üçün üzv ölkələrə 3,5 milyard avronun ayrılmasını təsdiq edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Aİ-nin rəsmi məlumatında deyilir.
Məlumatda qeyd edilir ki, Aİ səfirləri üzv ölkələrin maliyyəyə çıxış imkanı verən təklifi təsdiqləyiblər. Bu il, 3,5 milyard avro ödəniləcək.
Sənəddə ilkin maliyyənin 45%-ni alacaq ölkələr sırasında Ukrayna ilə həmsərhəd olan Polşa, Rumıniya, Macarıstan və Slovakiya, Avstriya, Bolqarıstan, Çex Respublikası, Estoniya və Litva yer alıb.