İranda Məşhəddən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdaraq məcburi eniş edib.
525.az xəbər verir ki, Rezevi Xorasan Havalimanları İctimaiyyətlə Əlaqələr Müdiri Həsən Caferi mövzu ilə bağlı məlumat verib.
Caferi açıqlamasında: "Məşhəddən Tehrana uçan sərnişin təyyarəsi texniki nasazlıq səbəbindən Məşhəd hava limanına qayıdıb", - deyə bildirib.
Qeyd edək ki, İran rəsmisi sərnişinlərin səhhətinin yaxşı olduğunu bildirsə də, təyyarənin hansı aviaşirkətə aid olduğu və növü barədə məlumat verməyib.
Məhəmməd Tağıyev