Kolumbiya Universitetinin Fələstinə dəstək verən bir qrup tələbəsi rəhbərlik ilə aparılan danışıqlarda razılığa gələ bilmədikdən sonra universitet şəhərciyindəki Hamilton Hall binasına daxil olub.
525.az xəbər verir ki, Nyu-York şəhərindəki Kolumbiya Universitetinin rəhbərliyi Qəzza ilə həmrəylik üçün qurulan düşərgə ərazisini boşaltmayan tələbələrə qarşı intizam və qovulma cəzaları tətbiq edib.
Belə ki, bir qrup tələbə yerli vaxtla gecə yarısı universitetin mərkəzi kampusunda yerləşən tarixi Hamilton Hall binasına daxil olub. Sayı on nəfəri keçməyən tələbələr əsas girişi bağlayıb və "Azad Fələstin" şüarları səsləndirib.
Məhəmməd Tağıyev