|
|
|
|
Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron HƏMAS-a 40 günlük atəşkəs və İsrail məhbuslarının azad edilməsi müqabilində minlərlə fələstinli məhbusun azad edilməsi təklifinin edildiyini açıqlayıb.
525.az xəbər verir ki, Kemeron Səudiyyə Ərəbistanında keçirilən "Beynəlxalq Ər-Riyad İqtisadi Forum"unda iştirak etdiyi iclasda Qəzza zolağında təklif edilən yeni atəşkəs və İsraillə əsir mübadiləsi razılaşması ilə bağlı açıqlamalar verib.
Kameron: "İsrailli əsirlərin və potensial olaraq minlərlə fələstinli məhbusun azad edilməsi müqabilində Qəzzada 40 günlük daimi atəşkəs üçün səxavətli təklif var. Ümid edirəm ki, HƏMAS bu razılaşmanı qəbul edər. Sözün açığı, bu gün dünyanın bütün təzyiqləri və gözləri onların üzərində olmalıdır", - deyə bildirib.
Məhəmməd Tağıyev