Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin sərbəst yürüşləri rəsmi olaraq start götürüb.
525.az xəbər verir ki, yarış həftəsinin ilk günü hesab olunan 10 iyun tarixində F1-in ilk sərbəst yürüşləri baş tutacaq. Artıq 12:35-dən 13:20-dək keçirilməsi planlaşdırılan dəstək yarışı – Formula 2-nin ilk sərbəst yürüşü baş tutub.
Qeyd edək ki, Formula 1 yarışında 10 komanda birincilik uğrunda mübarizə aparır və 22 yarışı əhatə edən mövsümdə hər komandanı 2 pilot təmsil edir.
Xatırladaq ki, ötən ilin ilk sərbəst yürüşlərində fərqlənən ilk üç pilot Red Bull komandasından Maks Ferstappen, Ferrari komandasından Şarl Lekler və Karlos Saynz olub.
Ölkəmiz Formula 1 yarışlarına altıncı dəfədir ki, ev sahibliyi edir və bu il yarış iki illik fasilədən sonra azarkeşləri tribunalarda qarşılayacaq.
Fotolar: Pəri Arifqızı