Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolundakı etiraz aksiyası davam edir.
15 gündür aksiyaya fasilə verməyən eko-fəallar, vətəndaş cəmiyyətinin təmsilçiləri, könüllülər hazırda Şuşada havanın -3 dərəcə olmasına baxmayaraq aksiyanı davam etdirirlər.
Aksiya iştirakçıları yolda hərəkətə maneə törətmədən Azərbaycan, rus və ingilis dillərində plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Bu gün isə daha 400 gənc aksiyaya qoşulub.
525.az hazırda yüksək əhval-ruhiyyədə davam edən aksiyadan fotoreportajı təqdim edir.
Loğman Avaz