|
|
|
|
2023-cü il üçün "QS Dünya Universitetləri Reytinq"də UNEC dünyanın 1001-1200 ən yaxşı universiteti sırasında qərarlaşıb.
Bunu "525"ə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib. Rektor bildirib ki, bu ilki reytinqə dünyanın ən yaxşı 1422-i reytinqə daxil edilib. Ötən illə müqayisədə 124 yeni universitet dünya reytinqinə daxil olub. Azərbaycanın iki universiteti dünya reytinqindədir: "UNEC "Akademik Reputasiya" və "İşəgötürənlər arasında reputasiya" indikatorları üzrə dünyanın ən yaxşı 501+ universiteti arasında qərarlaşıb. UNEC ailəsini təbrik edir və əməyi olanın hər birinə təşəkkür edirəm".