|
|
|
|
Fransada yerləşən auksion evi ilkin qiyməti 2000 avro olan vazanın şənbə günü Parisdə keçirilən auksionda 7,7 milyon avroya satıldığını açıqlayıb.
525.az Fransa KİV-ə əsasən bildirir ki, Osenat auksion evindən mətbuata verilən məlumata görə,ailəsindən yadigar qaldığını deyən qadın 2000 avro dəyəri və Çin mədəniyyətinə aid Tianqiu-ping üslubunda olan vazanın satışa çıxarılmasını istəyib.
Oktyabrın 1-də Parisdə keçirilən hərracda vaza qızğın auksiondan sonra 7,7 milyon avroya satılıb. Vazanın xərclərlə birlikdə 9,121 milyon avroya başa gəldiyi də bildirilib.
Çin mədəniyyətinə aid, üzərində doqquz vəhşi əjdaha və buludun təsvir olunduğu mavi-ağ rəngdə olan Tianqiu-ping üslublu vazanın auksion evi tərəfindən ekspertə nümayiş etdirildiyi, ekspert isə vazanın 20-ci əsrə aid olduğunu və qiymətinin 1500 ilə 2 min avro arasında dəyişdiyini qeyd edib. Hərrac evi alıcıların vazanın 18-ci əsrə aid olduğuna inandığını bildirib.
Auksion evinin bəyanatında o, onların kataloqunda olan vazanı satış üçün alarkən çinli alıcılar tərəfindən böyük diqqət gördüyünü və bəzi çinli alıcıların vazanı şəxsən görməyə gəldiyini qeyd edib.
Vazanı telefonla əlaqə saxlayan, adı açıqlanmayan Çin vətəndaşı satın alıb.
Malik Atilay