|
|
|
|
Dünyanın ən nadir çəhrayı almazlarından biri hərracda 58 milyon dollara – bu günə qədərki ən yüksək qiymətə satılaraq dünya rekordu qırıb.
525.az xəbər verir ki, dünyanın ən nadir çəhrayı almazlarından biri olan "Williamson Pink Star" adını Kraliça 2. Elizabetin toy hədiyyəsi olaraq verilən başqa bir çəhrayı almazın şərəfinə alıb. 11 ballıq 15 karatlıq çəhrayı almaz Honq-Konq "Sotheby's" hərrac evində rekord qiymətə satılıb. 22 milyon dollara satılacağı təxmin edilən çəhrayı almaz 58 milyon dollara alıcı tapıb. Beləliklə, bu bir almaz və ya qiymətli daş üçün ən yüksək qiymət kimi dünya rekordunu qırıb.
Qeyd edək ki, kiçik üzük formalı brilyantlarla əhatə olunmuş çəhrayı almaz hərracda ən yüksək qiymətə satılan ikinci ən bahalı qiymətli daş olub. 20 dəqiqə davam edən hərracda satılan brilyantın alıcısının adı isə açıqlanmayıb.
Məhəmməd Tağıyev