|
|
|
|
İtaliyada beyin əməliyyatı zamanı xəstəyə ağırlaşma riski səbəbindən ümumi anesteziya tətbiq edilməyib.
525.az xəbər verir ki, həkimlər əməliyyat zamanı xəstədən saksafon çalmağı istəyiblər. Beynində şiş olan 35 yaşlı musiqiçi xəstə əməliyyat olunub.
Lakin ağırlaşma riski olduğundan xəstəyə ümumi anesteziya tətbiq edilməyib. Həkimlərin xəstədən maraqlı xahişi də olub. Əməliyyat zamanı xəstədən saksafon çalması istənilib.
Xəstə bu tələbi yerinə yetirib. Əməliyyat zamanı saksafon çalmaqla beynin müxtəlif funksiyaları xəritəyə alınıb. Əməliyyat 9 saat çəksə də, şiş uğurla çıxarılıb.
Malik Atilay